12.12.2008 / 10:55 xeber –
Yırtıcılar son zamanlar 20-yə yaxın fərdi təsərrüfata hücum ediblər
Tovuz rayonunun Ağdam kəndinə çaqqalların hücumu çoxalıb. Əhali bildirir ki, yırtıcılar son aylar 20-yə yaxın sakinin mal-qarasına, toyuq-cücəsinə hücum edib. Kənd çaqqalların hücumuna adətən gecələr məruz qalır.
Kənd sakini Nəsib Məmmədov Lent.az-a bildirib ki, Ermənistanla sərhəd olan Ağdam kəndinə yırtıcılar düşmənin nəzarətində olan meşələrdən gəldiyi üçün onlarla mübarizə bir qədər çətindir: “Atəşkəs tez-tez pozulur. Bu səbədən təhlükəli ərazilərə gedə bilmirik. Üstəlik, əvvəllər bu heyvanları ovlayıb, dərilərini satmaq mümkün idi. İndi alıcı yoxdur. Bu isə çaqqalların sayının çoxalmasına gətirib çıxarır”.
Vüsalə Cənnətova
mənbə :
lent.az