İçeriğe geçmek için "Enter"a basın

Elman Rüstəmov: 'İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq'

06-05-2020

[r32]

6 May, 2020  21:59 xeber –

“Amrah Bank”, “Atabank”, “AGBank” və “NBC Bank”da əhalinin təxminən 680 milyon manat əmanəti var”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

“Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər”, – deyə o, qeyd edib. 



mənbə :
Report.az

Elman Rustemov: 'İyunun 1-den emanetlerin qaytarilmasina baslanilacaq'