İçeriğe geçmek için "Enter"a basın

Vilyam Hacıyev məhkəməyə gətirildi

06-05-2020

[r32]

6 May, 2020  18:15 xeber – İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

“Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

mənbə :
Report.az

Vilyam Haciyev mehkemeye getirildi