İçeriğe geçmek için "Enter"a basın

224 cəsəddən yalnız 9-nun kimliyi bəlli olub

03-11-2015

17:44 xeber – Misirdə təyyarə qəzasında ölənlərdən 9-nun cəsədi tanınıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiyaya məxsus A 321 təyyarəsində ölənlərdən 9-nun cəsədləri Sankt-Peterburqda tanınıb.

Operativ qərargahın nümayəndələrinin sözlərinə görə, bütün meyitlərin tanınması üçün bir neçə həftə tələb olunur. Rusiya xidmətinin nümayəndəsi Pavel Aksyonovun məlumatına əsasən, hal-hazırda ölənlərin nə zaman dəfn olunacağı barədə danışmaq çətindir. Çünki onlar hələ ki, tanınmayıb və yaxınlarına təqdim olunmayıb.

Qurum rəsmisi onu da əlavə edib ki, cəsədlə dolu ikinci təyyarə bu gün Sankt-Peterburqa gəlib. Qəza qurbanlarının qohumlarına isə maddi yardım cümə günü veriləcək.

2015-ci il oktybarın 31-də Rusiyaya məxsus A 321 təyyarəsi Şarm-əş-Şeyx – Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.

Qəzaya uğramış təyyarənin görüntüləri

Təyyarədə olanlardan 3-ü Ukrayna, qalanları isə Rusiya vətəndaşı olub. Ölənlər arasında Rusiya Fövqəladə Hallar Naziriliyinin dərc etdiyi siyahıda azərbaycanlının olmadığı açıqlanıb.

Qəza zamanı təyyarə iki hissəyə bölünüb. Təyyarənin qara qutusu Sinay yarımadasında olan Əl-Araş şəhərindən 100 km aralıda aşkar olunub.


Misir, Şarm-əş-Şeyx, Əl-Araş

İlkin məlumatlarda təyyarənin qəzaya uğramasının səbəbi mühərrikdə yaranan problem kimi göstəririlirdisə, daha sonra Misir höküməti təyyarənin Sinay yarımdasında fəaliyyət göstərən silahlılar tərəfindən vurulmasını istisna ediblər.

Bir sıra diplomatlar isə hadisənin Rusiyanın Suriyada həyata keçirtdiyi hərbi hava qüvvələri ilə bağlı olduğunu söyləyib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə verdiyi açıqlamasında Misirdə təyyarənin qəzaya uğramasını Rusiyanın Suriyadakı əməliyyatları ilə əlaqələndirilməməsini söyləyib:

“Bu məsləyə hansısa yersiz fikirlər söyləmək lazım deyil. Suriya məsləsini isə bununla əlaqələndirmək olmaz”, – deyə Peskov bildirib.


Dmitri Peskov – Rusiya prezidentinin mətbuat katibi

O, həmçinin, qeyd edib ki, hələlik təyyarənin qəzaya uğramasınin səbəbləri barədə heç bir məlumat dəqiq deyil: “Faciənin heç terror aktı olub-olmaması da təsdiqini tapmayıb. Cəmi iki gündür araşdırma gedir. Bu müddət dəqiq informasiya vermək üçün çox azdır”, – deyə diplomat əlavə edib.

Noyabrın 1-də Misirdə Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfərin həlak olması ilə bağlı matəm elan olunub, ölkə ərazisində bayraqlar endirilib, əyləncəli mədəni və teleradio proqramları yayımdan yığışdırılıb.

Matəmlə bağlı müvafiq fərmanı Prezident Vladimir Putin imzalayıb.


Təyyarə qəzasında ölənlərin ruhunun yad edilməsi

mənbə :
anspress

224 cesedden yalnız 9-nun kimliyi belli olub