İçeriğe geçmek için "Enter"a basın

AZAL-dan Sinaya uçuş açıqlaması

03-11-2015

17:15 xeber – “Azərbaycan Hava Yolları” (AZAL) Sinay yarımadası üzərindən uçuşlar həyata keçirmir.

Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “AZAL Sinay üzərindən uçuşlar həyata keçirirmi?” sualına cavab olaraq bildirib.

“Lufthansa” və “Air France” şirkətlərindən sonra BƏƏ-nin “Emirates Airline” aviaşirkəti də Sinay yarımadası üzərindən uçuşları dayandırıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə,bu qərar Rusiyanın A321 hava laynerinin qəzaya uğramasından sonra verilib.

Frans press-in məlumatına görə, şirkət rəsmiləri bununla bağlı açıqlama veriblər. “Əlavə məlumatın yayılmasına qədər Emirates Sinay yarımadası üzərindən uçuşları dayandırır. Biz hadisələrin inkişafını izləyirik”,- deyə şirkətinin rəsmi nümayəndəsi bildirib.

Təyyarə qəzasına görə İŞİD-in Misirdə fəaliyyət göstərən qolu məsuliyyəti öz üzərinə götürsədə Rusiya və Misir hökümətinin sözlərinə görə hələlik bunu iddia etməyə heç bir əsas yoxdur.

Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzağlıqda qəzaya uğrayıb.

Havaya qalxandan 20 dəqiqə sonra radardan itən təyyarədə 224 nəfər olub. Onlardan heç biri xilas ola bilməyib.

Qəzaya uğrayan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi

mənbə :
anspress

AZAL-dan Sinaya uçuş açıqlaması