İçeriğe geçmek için "Enter"a basın

Şeyx Rusiya təyyarəsində ölənlər üçün yəhudi və xristanlarla birgə dua etdi

03-11-2015


03.11.2015 / 17:26 xeber –

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin havada parçalanaraq yerə düşməsi nəticəsində çoxlu sayda insanın ölümünə münasibət bildirib.

 

APA-nın məlumatına görə, şeyxülislam idarədə ABŞ-ın Los-Anceles şəhərinin yəhudi icmasının nümayəndə heyəti ilə keçirilən görüşdə deyib ki, bu hadisə insanları aşan, Tanrının iradəsindən asılı olan məsələdir.

 

A. Paşazadə hadisədən sarsıldığını bildirərək tədbirdə iştirak edən müsəlman, yəhudi və xristianları ayağa qalxaraq onları öz dini inanclarına uyğun dua etməyə çağırıb.

 

İştirakçılar şeyxülislamın təklifinə əməl ediblər və ayağa qalxaraq dua ediblər.

mənbə :
lent.az

Şeyx Rusiya teyyaresinde ölenler üçün yehudi ve xristanlarla birge dua etdi