İçeriğe geçmek için "Enter"a basın

Avrozonada ÜDM 2020-ci ildə 7,7% azalacaq

06-05-2020

[r32]

6 May, 2020  15:51 xeber –

Avropa Komissiyasının iqtisadi proqnozlarına görə, 2020-ci ildə Avrozonanın real ÜDM-i koronavirus pandemiyası səbəbindən 7,7% azalacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Centiloni məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı tarixi ərzində ən dərin tənəzzülü yaşayır.

ÜDM-in həcmində ən ciddi azalmanın Yunanıstan (9,7%), İtaliya (9,5%) və İspaniyada (9,4%) olacağı gözlənilir.

Eyni zamanda proqnozlara görə, 2021-ci ildə Avrozonanın iqtisadiyyatı 6,3% arta bilər.



mənbə :
Report.az

Avrozonada UDM 2020-ci ilde 7,7% azalacaq