İçeriğe geçmek için "Enter"a basın

Türkiyə Superliqasının bərpa tarixi məlum oldu

06-05-2020

[r32]

6 May, 2020  14:58 xeber –

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının bərpa tarixi müəyyənləşib.

“Report”un məlumatına görə, oyunların başlayacağı vaxtı “A Spor” telekanalının müxbiri Turqay Demir canlı yayımda açıqlayıb.

O bildirib ki, çempionat matçları iyunun 12-dən etibarən start götürəcək və normal təqvimlə keçiriləcək.

Telejurnalistin sözlərinə görə, Superliqanın bərpası mümkün olmasa, mövsüm ləğv olunacaq.

Rəsmi qərarı az sonra Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir mətbuat konfransında açıqlayacaq.

T.Demir II və III liqalarda isə mövsümün vaxtından əvvəl başa çatdırılacağını açıqlayıb.



mənbə :
Report.az

Turkiye Superliqasinin berpa tarixi melum oldu