
  03.11.2015 / 16:46 xeber – 
“İltizam Əkbərlinin Müsavatın qərarına tabe olmaması müzakirə olunacaq”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
O bildirib ki, Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına tabe olmayan partiya üzvlərinin məsələsinə baxılacaq: “İltizam Əkbərlinin partiyanın qərarından sonra namizədliyini geri götürməməsinə Nizamnamə çərçivəsində qiymət veriləcək”.
 mənbə : 
lent.az