İçeriğe geçmek için "Enter"a basın

Vüsalə Kərimova “Yüz ölçüb, bir biç”ib ATV-yə getdi

03-11-2015


03.11.2015 / 14:32 xeber –

Teleaparıcı Vüsalə Kərimova yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. Bir neçə ildən sonra yenidən ATV telekanalına dönən V. Kərimova bu dəfə “Yüz ölç, bir biç” adlı verilişin aparıcısı olacaq. Xanım aparıcı Lent.az-a açıqlamasında verilişin məqsədinin onun adı ilə bağlı olduğunu bildirib: “Yüz ölç, bir biç” verilişində bir çox məqamlara toxunulacaq. Qoyulan mövzu ətrafında qonaqlarla yüz ölçüb, bir biçib sonda bir qərara gələcəyik. Verilişdə müzakirə ediləcək mövzuları açıqlamayacam, istəyirəm tamaşaçılar və digər telekanallar üçün sürpriz olsun. Belə bir layihə Azərbaycan teleməkanında yoxdur. Veriliş 7-dən 77-ə hamını maraqlandıracaq. Əlbəttə ki, hər dəfə verilişdə şou-biznes nümayəndələrindən biri qonaq olacaq".

 

“Yüz ölç, bir biç” noyabr ayının sonlarından efirə gedəcək və həftədə bir dəfə yayımlanacaq. V. Kərimova yenidən ATV telekanalına qayıtmasının təsadüf olmadığını açıqlayıb: “ Yayda “Günaydın” verilişinin sezon buraxılışı oldu və bununla da mənim SOY productionla işbirliyim sona çatdı. 19 ildir ki, televiziyada çalışıram. Hesab edirəm ki, artıq öz layihəmi təqdim etmək zamanı gəldi. Kiminsə əlinin altında çalışmaqdansa, öz layihəmi rəli sürməyi üstün tutdum. Bu məqsədlə layihəmi ATV telekanalının rəhbərliyinə təqdim etdim, çox bəyəndilər. ATV-yə getməyimə məmnunam, çünki 5 il orada “Ana xəbər” buraxılışını aparıcısı olmuşam. 2006-cı ildə oradan ayrılıb İTV-yə getdim, sonra “Araz” radiosu və MuzTV-nin rəhbəri oldum. Bir neçə yerdə çalışsam da, hər zaman ürəyim ATV ilə döyünüb, çünki mənim üçün ora ata evi kimidir”.

mənbə :
lent.az

Vüsale Kerimova “Yüz ölçüb, bir biç”ib ATV-ye getdi