İçeriğe geçmek için "Enter"a basın

Sinoptiklərdən hava müjdəsi

03-11-2015

14:13 xeber – Yaz havası geri qayıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Ümumulikdə noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

mənbə :
anspress

Sinoptiklerden hava müjdesi