[r32]
2 May, 2020 21:31 xeber –
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi internet-turnirinin ikinci finalçısı bəlli olub.
“Report”un məlumatına görə, Karlsen yarımfinalda çinli Dinq Lireni məğlub etməklə finala yüksəlib.
Qrossmeysterlər arasındakı ilk oyun heç-heçə yekunlaşıb. İkinci görüşdə Dinq Liren rəqibindən üstün olub.
3 və 4-cü qarşılaşmalarda qələbə qazanan Karlsen həlledici dueldə ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.
250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.
Qeyd edək ki, bu turnirə Azərbaycan şahmatçıları dəvət olunmayıb.
mənbə :
Report.az