İçeriğe geçmek için "Enter"a basın

Kürdəmir sakini həmkəndlisini torpaq üstündə döydü

01-05-2020

[r32]

1 May, 2020  01:11 xeber –

Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.

Kənd sakini, 53 yaşlı Niyazov İlqar Sərvan oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülüb. O, ətrafdakıların köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Həkimlər ona baş nahiyəsinin əzilmiş-cırılmış yarası və sol qabırğasının sınığı diaqnozu qoyublar.

Qeyd edək ki, mübahisə torpaq üstündə yaranıb. Faktla bağlı araşdırma aparılır. 



mənbə :
Report.az

Kurdemir sakini hemkendlisini torpaq ustunde doydu