İçeriğe geçmek için "Enter"a basın

Rusiyada futbolçuların olduğu avtomobil qəza törətdi - VİDEO

01-05-2020

[r32]

30 Aprel, 2020  23:51 xeber –

Rusiyanın Krasnodar şəhərində futbolçuların iştirakı ilə kütləvi yol qəzası törədilib.

“Report”un məlumatına görə, insidentin səbəbkarı qırmızı BMW olub. Bu avtomobilin sürücüsü polisin “dayan” əmrinə məhəl qoymayıb və hüquq-müfafizə orqanlarının maşını qovması nəticəsində belə hadisə baş verib. İnsidenti videokameralar da qeydə alıb.

Məlum olub ki, avtomobil hazırda Estoniyanın “Nımme Kalyu” komandasında çıxış edən Amir Natxoya məxsusdur. 24 yaşlı yarımmüdafiəçi İsrail millisinin futbolçusu, Rusiyada MOİK və “Rubin” klublarındakı çıxışı ilə tanınan Bibras Natxonun qardaşıdır. Sükan arxasında isə o yox, Maykop “Drujba”sının sabiq oyunçusu Alan Xakonov olub. A.Natxo maşınını sürməyi A.Xakonova etibar edərək, özü də sərnişin kimi oturub.

Hadisədən sonra sürücü polisdən yayınmağa çalışsa da, tezliklə tutulub. 



mənbə :
Report.az

Rusiyada futbolcularin oldugu avtomobil qeza toretdi – VİDEO