İçeriğe geçmek için "Enter"a basın

Bakının mərkəzindəki restoranda cinayət törətdilər

03-11-2015


03.11.2015 / 12:30 xeber –

Bakıda oğurluqda şübhəli bilinən 2 nəfər tutulub.

 

Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-ə keçən gecə Bakı şəhər sakini, Qədim Süleymanova məxsus A.Zeynallı küçəsində yerləşən restorandan açar seçmə yolu ilə 1450 manat dəyərində spirtli içkiləri talamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri – 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutularaq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

 

 

mənbə :
lent.az

Bakının merkezindeki restoranda cinayet töretdiler