İçeriğe geçmek için "Enter"a basın

10 min pul oğurlayanlara 20 il həbs TƏLƏBİ

03-11-2015


03.11.2015 / 12:18 xeber –

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  tanınmış həkimin evindən oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakinləri Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə proses davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı  başa çatıb. Dövlət ittihamçısı çıxış edərək, hər iki təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

 

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

mənbə :
lent.az

10 min pul oğurlayanlara 20 il hebs TƏLƏBİ