İçeriğe geçmek için "Enter"a basın

AŞPA-da Dağlıq Qarabağla bağlı hesabat müzakirə ediləcək

03-11-2015


03.11.2015 / 12:14 xeber –

Noyabrın 4-də AŞPA-nın Siyasi işlər komitəsinin Parisdə keçiriləcək iclasında qurumun Cənubi Qafqaz  üzrə  məruzəçisi Robert Valterin  “AzərbaycanınDağlıq Qarabağ və digər  işğal  edilmiş ərazilərində  gərginliyin artması”  mövzusunda məruzəsinin ilkin  variantı  müzakirə  ediləcək.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd  Seyidov və deputat Sabir Hacıyev AŞPA Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüblər.

 

Toplantıda Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

mənbə :
lent.az

AŞPA-da Dağlıq Qarabağla bağlı hesabat müzakire edilecek