İçeriğe geçmek için "Enter"a basın

Avtobus aşdı: ölən və yaralananlar var - FOTO

03-11-2015

11:54 xeber – Rusiyanın Tula vilayətində ağır yol qəzası baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya vaxtı ilə gecə saat 2-də sərnişin avtobusu qəzaya uğrayıb.

Rusiyanın paytaxtı Moskvadan Ermənistanın paytaxtı İrəvana gedən avtobusun içərisində 59 sərnişin olub. Qəza nəticəsində 8 nəfərin öldüyü, 47 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyəti Ermənistan vətəndaşıdır.

Rusiyanın Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə mətbuat xidmətinin nümayəndəsi Andrey Yartsev qəza haqqında məlumat verərkən bildirib ki, ilkin məlumata əsasən, avtobusun sürücüsü idarəetməni itirib və maşın aşıb. Nəticədə içərisində sərnişlər olan avtobus 200 metr boyu sürünüb.

Bildirilib ki, qəzanın baş vermə səbəbləri araşdırılır və ilkin olaraq 2 ehtimal üzərində durulur. Bunlardan biri sürücünün yuxulu olması və nəticədə idarəetməni itirməsidir. İkinci ehtimala görə isə qəza sərnişin abtovusundakı texniki nasazlıq səbəbindən baş verə bilər.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Sürücü sağ qalsa da şok vəziyyətində olduğundan suallara cavab verə bilmir.


Qəzaya uğrayan avtobus

mənbə :
anspress

Avtobus aşdı: ölen ve yaralananlar var – FOTO