03.11.2015 / 11:53 xeber –
Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini, 1988-ci il təvəllüdlü Abdulhəkimov Məcid Kamal oğlu Şəhriyar küçəsi ev 5 mənzil 30 ünvanında dəm qazından boğulub. 27 yaşlı oğlan hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə vəfat edib.
M.Abdulhəkimov həmin ünvanda kirayə yaşayırmış, faktla bağlı araşdırma aparılır.
Oxşar hadisə Nizami rayonunda da baş verib. M.Hadi küçəsi 113 ünvanında yaşayan Mərdəliyeva Nəzakət Hacımirzə qızı hamamda vəfat edib. İlkin araşdırmalar nəticəsində 36 yaşlı qadının ürək-damar çatışmazlığından vəfat etdiyi məlum olub.
Araşdırma aparılır.
mənbə :
lent.az