İçeriğe geçmek için "Enter"a basın

Misirdə qəza yerində 111 nəfərin pasportu tapıldı

02-11-2015


02.11.2015 / 23:35 xeber –

Misirdə Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN-in Yanğınsöndürmə-Xilasetmə Departamentinin rəisi Aleksandr Aqafonov bildirib.  

 

“Bu vaxtadək 15 kv km. ərazidə axtarış aparılıb. Sərnişinlərin şəxsi əşyaları helikopterlərlə  Qahirəyə aparılıb, oradan isə Peterburqa göndəriləcək. Əşyalar arasında, ümumilikdə, Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu tapılıb”, deyə Aleksandr Aqafonov bildirib. 

mənbə :
lent.az

Misirde qeza yerinde 111 neferin pasportu tapıldı