İçeriğe geçmek için "Enter"a basın

Suriyada terrorçuların 40 maşınından ibarət karvan məhv edildi

02-11-2015


02.11.2015 / 22:49 xeber –

Suriya ordusu silahlı könüllülərin köməyi ilə  Latakiya əyalətində terrorçuların 40 maşından ibarət karvanını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun briqada generalı Əli Məyhub bildirib.

 

“Rehaniyə-Bədrun rayonundan Salma yaşayış məntəqəsi istiqamətində irəliləyən terrorçuların 40 maşından ibarət karvanı məhv edilib”, deyə general bildirib.   

 

Onun sözlərinə görə, ordu Qmam və Tel-Səryatel yaşayış məntəqələrini həmçinin ətraf yüksəklikləri nəzarətə alıb.   

 

mənbə :
lent.az

Suriyada terrorçuların 40 maşınından ibaret karvan mehv edildi