İçeriğe geçmek için "Enter"a basın

Saakaşvilinin dili başına bəla oldu

02-11-2015

21:42 xeber – Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səs yazısı ətrafında qalmaqal böyüyür.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, artıq məsələyə prezidentlər qarışıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya Saakaşvilinin hərəkətləri ilə bağlı məktub göndərib. Məktubda gürcü baş nazir Qaribaşvili Poroşenkodan xahiş edir ki, Saakaşvilinin iki ölkə münasibətlərinə xələl gətirməyinə icazə verməsin.


İrakli Qaribaşvili – Gürcüstanın baş naziri

“Mən baş verənlərdən narahatam. “Rustavi 2” televiziya şirkətinin baş direktoru ilə Mixail Saakaşvilinin telefon söhbəti Gürcüstanın indiki hökumətinə qarşı yönəlib. Dövlətə qarşı zorakı hərəkətləri özündə əks etdirir”, – deyə Qaribaşvili bildirib.

Bundan əvvəl Gürcüstan Ukraynaya etiraz notası göndərib. Nota xarici işlər nazirinin müavini David Calaqaniyanın adından Ukraynanın ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova təqdim edilib.

Qalmaqala səbəb isə oktyabrın 29-da Mixail Saakaşvilinin “Rustavi-2” telekanalı barədə səs yazısının yayılmasıdır. Audioyazıda Saakaşvilinin telekanalın baş direktoru Nika Qvaramiyaya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriyaya məsləhətlər verir.

Saakaşvilinin “Rustavi 2”-nin müdafiəsi barədə şirkət rəhbərliyinə məsləhət verməsi Gürcüstan hökümətini kəskin narahat edir. Hökumət bunu sabiq prezidentin ölkənin daxili işlərininə qarışması kimi qiymətləndirir.

Gürcüstan höküməti Saakaşvilini ölkənin daxili işlərinə müdaxilə etdikdən sonra ona qarşı tədbirlər görəməyə başlayıb.

İlk cəza tədbiri kimi sabiq prezidentin ölkə vətəndaşlığından çıxarılması göstərilir. Gürcüstan ədliyyə naziri Tea Tsulukiani, eks-prezidentin vətəndaşlıqdan çıxarılması üçün hüquqi addımlar atıldığını bildirib.


Tea Tsulukiani – Gürcüstan ədliyyə naziri

Ədliyyə Nazirliyində mövzuyla bağlı mətbuat konfransı təşkil edən Tsulukiani, 23 oktyabırda Ukrayna hökumətindən Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu təsdiq edən rəsmi sənəd aldıqlarını bildirib. Tsulukiani Gürcüstan Konstitusiyanın ikili vətəndaşlığı qadağan etdiyini, bu baxımdan Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi prosedura başladıqlarını bildirib.

Saakaşvili isə barəsindəki qalmaqala münasibət bildirərkən qeyd edib ki, bu məlumatlar məqsədli şəkildə istifadə edilir. “Sifarişin icraçısı isə “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanaşvilidir. Rusiyanın sifarişini yerinə yetirib mənim prezidentliyə gedən yolumu bağlayır”.


Ukrayna prezidenti Pyotr Poroşenko və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili

Gürcüstan hökümətinin isə narahat olmasına əsaslar var. Çünki Saakaşvilinin hakimiyyətə gəlməsində “Rustavi 2” televiziyasının böyük əməyi olub. İndi isə sabiq prezident telekanalı müdafiə etməklə ona vəfa borcunu ödəmiş olur. Gürcüstan hakimiyyəti isə Saakaşvilin telekanalın adından istifadə etməklə yenidən ölkə siyasətinə müdaxilə etməsindən qorxur.

mənbə :
anspress

Saakaşvilinin dili başına bela oldu