İçeriğe geçmek için "Enter"a basın

Mərkəzi Asiyada ABŞ-Rusiya müharibəsi başladı

02-11-2015

17:39 xeber – ABŞ-ın dövlət katibi Con Kerri Özbəkistandan sonra Qazaxıstana səfər edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-ın dövlət katibini paytaxt Astanada qəbul edib.

N.Nazarbayev ölkəsində ABŞ-ın 500 şirkətinin sərmayə qoyduğunu vurğulayıb. Amerikalı diplomat iki ölkə arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Ümumilikdə Con Kerinin Mərkəzi Asiya səfəri çox məhsuldar keçib. ABŞ-ın rəhbərlik etdiyi daha bir “5+1” formatı Mərkəzi Asiyada yaradılıb. Con Kerri Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın və Türkmənistanın xarici işlər nazirləri ilə yeni formatın yaranması barədə bəyanat yayıblar.


ABŞ-ın dövlət katibi Con Kerri və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında görüş

Əməkdaşlığın əsasını isə insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən başlamış Əfqanıstanda təhlükəsizliyin və sabitliyin dəstəklənməsinə dair fəaliyyətlər təşkil edir.

Mərkəzi Asiya dövlətlərinin hər biri Con Kerrinin Əfqanıstandakı vəziyyət ilə əlaqədar narahtlığına şərik olduqlarını bəyan ediblər.

Kerri bildirb ki, ABŞ İŞİD və “Əl Qaidə” terrorçu qruplaşmalarının yaratdığı təhlükəni anlayır.

Dövlət katibinin əvvəl Yaxın Şərqə səfəri barədə məlumatlar yayıldı. Amma bir anın içində Mərkəzi Asiyada peyda oldu.
Ümumilikdə ABŞ rəsmiləri daim Mərkəzi Asiya dövlətlərinin prezidentlərini qəddar siyasətlərinə və demokratik cəmiyyət qura bilmədiklərinə görə tənqid edirlər.

Hətta 2000 –ci illərin əvvələrində Qərbin dəstəyi ilə Qırğızıstanda “Zambaq inqilabı” ilə hakimiyyət dəyişdi. Özbəkistanda isə onlarla insanın ölümü ilə nəticələnən Əndican ixtişaşları baş verdi.

Demək olar ki, həmin dövrdən Mərkəzi Asiyada ABŞ-ın maraqlarına xidmət edəcək ciddi hakimiyyət dəyişikliyi baş verməyib. Bütün bunların fonunda ABŞ birdən – birə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı dərinləşdirmək barədə qərar qəbul edir.

Məlumdur ki, Mərkəzi Asiya tarix boyu Rusiyanın nəzarətində olan bir region olub. Həmin dövlətlərin prezidentləri Rusiya ilə əməkdaşlığı daima yüksək səviyyədə saxlamağa çalışıblar.


Mərkəzi Asiyanın xəritəsi

Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının Qazaxıstanda keçirilən iclasında Mərkəzi Asiya dövlətlərini açıq şəkildə qorxudaraq İŞİD-lə mübarizədə ona kömək etmələrini istədi.

“Rusiyadan və MDB-dən daxil olan ölkələrdən təxminən yeddi min vətəndaş İŞİD terror qruplaşmasının tərkibində vuruşur. Biz imkan verməməliyik ki, onlar bizim ölkələrimizə qayıtsınlar. Ona görə də, beynəlxalq terorizimə qarşı vuruşmaq lazımdır”.

Bu çıxışdan bir neçə gün sonra Rusiya MDB-yə daxil olan ölkələrin milli təhlükəsizlik nazirlərini bir yerə toplayaraq onları yenədə terrorçularla qorxutdu. Rusiya MTN-nin başçısı Aleksandr Bortnikov çıxışı ilə bir daha bəyan etdi ki, İŞİD-lə mübarizədə birlikdə hərəkət etməkdən başqa çıxış yolumuz yoxdur.

“Rusiyanın Suriya ərazisində hərbi əməliyyatının əsas hədəfi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində baş verəcək qarşıqlığın önünə keçməkdir. MDB ölkələrinin təhlükəsizliyinə hədələr günbəgün artır. Bu hədə ilk növbədə Yaxın Şərqdə , Əfqanıstanda və Pakistanda yerləşən münaqişə ocaqlarında döyüşən terrorçular vasitəsi ilə ortaya çıxır”, – Bortnikov vurğuladı.


Aleksandr Bortnikov – Rusiya MTN-nin rəhbəri

Amma Rusiya daxil olmaqla digər güclü dövlətlər hər hansı ölkəyə kömək etmək barədə təklif edərkən birinci öz maraqlarını düşünürlər. Əlbətdə Rusiyada Mərkəzi Asiya dövlətlərini İŞİD-lə qorxutmaqla öz nəzarəti altında saxlamaq istəyir.

Bu isə əlbəttə ki, Mərkəzi Asiyanın zəngin təbii sərvətlərində gözü olan okeanın o tayını narahat etməyə bilməz. Mərkəzi Asiyanın əldən çıxacağını görən ABŞ öz diplomatik kanalarını işə salmaqla tez Rusiyanın planlarının qarşısına keçməyə başladı. “5+1” formatını yaratmaqla 7-ci dövlətin Mərkəzi Asiya regionunda yerinin olmadığını göstərməyə çalışdı.

Bu fakt bir daha göstərir ki, dünya güclərinə demokratiya deyil, sadəcə iqtisadi və siyasi təsirlər lazımdır. Çünki Rusiyanın regiona təsir gücünü artırdığını görən ABŞ bir neçə əvvəl devirmək istədiyi Özbəkistan prezidenti İslam Kərimovun əlini sıxdı. Yəqin ki, bundan sonra Putin Mərkəzi Asiya prezidentləri üçün yeni cəza planı üzərində işləməyə başlayacaq.


Özbəkistan prezidenti İslam Kərimov və ABŞ-ın dövlət katibi Con Kerri

Həmçinin oxuyun: Rusiyadan Azərbaycana xəbərdarlıq

Qərbin Putinə ilk hədiyyəsi

mənbə :
anspress

Merkezi Asiyada ABŞ-Rusiya müharibesi başladı