İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı müğənni hamamda - FOTO

02-11-2015

17:20 xeber – Azərbaycanlı məşhur müğənni Günay İbrahimli “İnstaqram” hesabında makiyajsız şəkil paylaşıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “İnstaqram”da aktiv olan müğənni Günay İbrahimli hamamdan şəkil paylaşıb. İfaçı bu gün hamam günləri olduğunu qeyd edib. Müğənni ilə birlikdə onun bacısı İlahə İbrahimli və meneceri Nura Allahverdizadə də türk hamamında olublar.


Günay İbrahimlinin “İnstaqram” hesabı

Müxtəlif ölkələrin şou-biznes ulduzlarının makiyajsız fotolarının sosial şəbəkədə yayılmasına tez-tez rast gəlinir. Gözəlliklərini şəxsi sosial media hesablarında paylaşan məşhur adlar, bu görünüşləri ilə də heyranlarının ürəklərini fəth etməyi bacarır.

Cennifer Lopez, Beyons və Ledi Qaga kimi məşhur adların makiyajsız şəkilləri sosial şəbəkələrdə milyonlarla pərəstişkarları tərəfindən bəyənilib.


Cenifer Lopez – makiyajsız halda

mənbə :
anspress

Azerbaycanlı müğenni hamamda – FOTO