İçeriğe geçmek için "Enter"a basın

Goranboyda 30 illik civə alverçiləri tutuldu

02-11-2015

16:35 xeber – Goranboyada civə alveri ilə məşğul olan şəxslər saxlanıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə 3 kq yaxın civə rayonun Qızılhacılı qəsəbəsində Vüqar Novruzova məxsus avtomobildə aşkar edilib. Vüqar Novruzov şüşə qabın içərisində olan civəni satmaq istəyərkən polislər tərəfindən yaxalanıb.


Civə alveri ilə məşğul olanlar onu təqribən 20000 manata satmaq istəyiblər

Araşdırma zamanı məlum olub ki, Şəki şəhərində anadan olmuş Vüqar Novruzov həmin maddəni sevgilisinin atası olan Yevlaxın Aran qəsəbəsinin sakini Əkbər Nəcəfovdan alıb. Əkbər Nəcəfovun sözlərinə görə, civə hələ 1985-ci ildən onda olub. Hətta əvvəllər onu tanışı vasitəsiylə İran İslam Respublikasında satmağa da çalışıb.


Əkbər Nəcəfov – qanunsuz civə alveri ilə məşğul olan şəxs

“O vaxtları elə bir alver gedirdi. Onda bir oğlan var idi gətirdim ona göstərdim. Mənə dedi ki, bu satışa yaramır. Bİzə qırmızı lazımdır. Bu heç ağ da deyil, alüminyum tozuna oxşayır” – deyə Əkbər Nəcəfov bildirib.

Vüqar Novruzov ifadəsi zamanı civəni satmaq üçün bir nəfər tanışı ilə 1 kq-nı 7 min manata sövdələşdiyini etiraf edib.


Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hər iki şəxs tutulub

“Vüqar Novruzova məxsus VAZ-21074 markalı 90 XS 430 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib. Həmin avtomobilin sağ ön oturacağının altında bir ədəd şüşə bankanın içərisində olan civə aşkar edilərək götürülüb” – deyə müstəntiq Zülfüqar Süleymanov bildirib.

Hazırda Goranboy rayon polis şöbəsində digər şəxslərin də civə alverində əli ola biləcəyi ehtimalı araşdırılır.

mənbə :
anspress

Goranboyda 30 illik cive alverçileri tutuldu