İçeriğe geçmek için "Enter"a basın

Yevlaxda qəza, 2 nəfər xəstəxanaya yerləşdirildi

02-11-2015

16:30 xeber – Bakı- Ucar- Qazax avtomobil yolunda yol qəzası baş verib. “VAZ” markalı avtomobillə motosiklet toqquşub.

Hadisə şahidinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb. Belə ki, Yevlax şəhər sakini, 1962-ci il təvəllüdlü Füzuli Zakir oğlu Yusibovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən Yevlax rayonunun Əhmədabad qəsəbə sakini 1968-ci il təvəllüdlü Andrey Oruc oğlu Xəlilovun idarə etdiyi motosikletlə toqquşub. Qəza zamanı “VAZ 2107″də olan sərnişin Cəfər Əli oğlu Cəfərov və motosikletin sürücüsü A. Xəlilov xəsarət alıblar.

Onlar ətrafdakı insanların köməyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirdilər ki, hər iki şəxs travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyətləri orta ağırdır.

Hadisəyə səbəb motosikletin dönmə hərəkətini yerinə yetirərkən yan işıqdan istifadə etməməsi olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oktyabr ayının 29-da da İmişlidə motosiletlə avtomobil toqquşmuşdu. Rayonunun Məzrəli kəndində qeydə alınan hadisə zamanı, Füzuli rayonunun Mahmudlu kənd sakini, 1948-ci il təvəllüdlü Fəlakət Rəşid oğlu İmanov idarə etdiyi “Toyota” markalı, 90-GU-869 dövlət nömrə nişanlı avtomobillə qarşısında hərəkətdə olan rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımovun idarə etdiyi motosikleti vurmuşdu.

Qəza nəticəsində motosikletin sərnişini Bəhrəmtəpə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Quliyev Fəxrəddin İnşallah oğlu dünyasını dəyişmiş, sürücü Vasif Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

mənbə :
anspress

Yevlaxda qeza, 2 nefer xestexanaya yerleşdirildi