İçeriğe geçmek için "Enter"a basın

Məmmədyarov Sergey Lavrova başsağlığı verib

01-11-2015

00:58 xeber – Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çoxsaylı insan itkisinə səbəb olmuş təyyarə qəzası ilə əlaqədar Rusiyalı həmkarı Sergey Lavrova məktub ünvanlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Məmmədyarov məktubunda dərin kədərini ifadə edib və qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.


Lavrov və Məmmədyarov

Bu gün Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib.

mənbə :
anspress

Memmedyarov Sergey Lavrova başsağlığı verib