İçeriğe geçmek için "Enter"a basın

"Mançester Yunayted"in istədiyi türk

31-10-2015

21:23 xeber – Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu karyerasını Ingiltərədə davam etdirə bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çalhanoğlu ilə “Mançester Yunayted” klubu ciddi marağlanır.

İngilislər millidə və “Bayer”də uğurlu çıхış edən türk futbolçunu uzun müddətdi ki, diqqət mərkəzində saxlayır və bu məqsədlə klubun skautları Çalhanoğlunun bir çox oyununu izləyib. İngilislər Hakanı transfer etmək üçün ilk öncə “Bayer”lə danışıqlar aparmalıdır. Almanlarla imzalanan müqaviləyə görə, 40 milyon avro ödəyən istənilən klub onu heyətinə qata bilər.


“Mançester Yunayted” klubu

Mümkün transferlə bağlı “Bayer” rəsmisi açıqlama verib. “Hakanın gedişi bizi zəiflədə bilər.Həmçinin o bizim önəmli oyunçumuzdur.İngilislərin onunla marağlandığı bizə məlumdur. Biz onu komandada saхlamaq istəyirik və satmaq fikrimiz yoхdur”, – deyə alman klubunu İdarə Heyətinin sədri Miхael Şkade bildirib.


Hakan Çalhanoğlu

2014-cü il “Hamburq”dan “Bayer”ə keçən Hakan Çalhanoğlu indiyədək keçirdiyi 64 oyunda 18 dəfə fərqlənib. 21 yaşlı futbolçu Türkiyə millisində 13 oyunda 4 dəfə fərqlənib.

mənbə :
anspress

“Mançester Yunayted”in istediyi türk