İçeriğe geçmek için "Enter"a basın

Rus laynerini İŞİD vurub

31-10-2015

20:50 xeber – İŞİD Misirdə Rusiya laynerinin vurlması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə «Reuters» terrorçuların «Twitter»də yaydığı məlumata əsasən bildirib.

Bu gün Rusiyaya məxsus sərnişin təyyarəsi Sinay yarımdası üzərində qəzaya uğrayıb. Əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi Kiprin Larnaki rayonu ərazisində radarlardan yoxa çıxıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

“Bu gün saat 6:51-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi havaya qalxıb. Saat 7:14-də təyyarə radarların ekranından yoxa çıxıb”, – deyə “Rosaviasiya” nümayəndəsi Sergey İzvolski “İnterfaks” agentliyinə bildirib.

mənbə :
anspress

Rus laynerini İŞİD vurub