18:58 xeber – “Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ölkədə 5 milyondan artıq insanın səs verməsi üçün bütün şərait yaradılıb”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub: “Bütün işlər Təqvim Planına uyğun olaraq həyata keçirilib. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb.
Bu da hər dairəyə təqribən 6 namizəd deməkdir. Dairələrdə ən az 3, ən çox isə 12 namizəd var. Seçicilərin rahat şəraitdə səs verməsi üçün də lazım olan hər şey həyata keçirilir”.
MSK sədri qeyd edib ki, 7 partiya “Azadlıq-2015” bloku, 15 siyasi partiya isə birbaşa seçkilərdə iştirak edəcək: “Bu, ölkədə parlament seçkilərinə olan marağın göstəricisidir”. Məlumatı mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında qeyd edib.
mənbə :
anspress