İçeriğe geçmek için "Enter"a basın

Səfirlik: Misirdə baş verən aviaqəzada sağ qalan yoxdur

31-10-2015


31.10.2015 / 19:01 xeber –

Misirdən Sankt-Peterburqa uçan "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nətisəində bütün ekipaj üzvləri və sərnişinlər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Misirdəki səfirliyinin yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

 

Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.

 

mənbə :
lent.az

Sefirlik: Misirde baş veren aviaqezada sağ qalan yoxdur