İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı prodüser fırıldaqçılıqda ittiham olunur - FOTO

31-10-2015

18:29 xeber – Bakı sakini Günel Həsənova Zorik adı ilə tanınan azərbaycanlı prodüser Zöhrab Ağayev tərəfindən aldadıldığını iddia edir.

ANS PRESS-ə müraciət edən G.Həsənova Zöhrab Ağayevi fırıldaqçılıqda ittiham edir. Belə ki, Günel Zorikdən arıqlamaq üçün dərmanlar aldığını, amma o dərmanların effektiv olmadığını iddia edir.

150 manata aldığı həmin dərmanları 10 gün müddətinə qəbul etsə də, heç bir nəticə görməyən Günel Həsənova dərmanların saxta olduğunu hesab edir: “Dərmanı mənə taksi sürücüsü gətirdi. Sürücü dərmanları Zöhrab Ağayevdən almışdı. Elə dərmanları görəndə şübhələndim ki, bu dərmanlar adi şüşə qabda, açıq şəkildə olduğu üçün saxta ola bilər.”

İndi Zoriklə heç cür əlaqə saxlaya bilmədiyini deyən Günel Həsənova prodüserin dələduz olduğunu söyləyir.


Günel Həsənovanın Zöhrabla “WhatSapp”da yazışması

Prodüser Zöhrab Ağayev ANS PRESS-ə Günel adlı şəxsi tanımadığını söyləyir. Artıq 39 gündür İstanbulda olduğunu deyən prodüser, həmin şəxsə nə mesaj yazdığını, nə də zəng etdiyini bildirir. Kimə isə arıqlamaq resepti verməyin onun işi olmadığını söyləyən prodüser istisna olaraq “İnstagram” yazılarını göstərib: “Hər bir dünya ulduzu özünün istifadə etdiyi salonları, markaları “İnstagram” səhifəsində qeyd edir. Mən də həmçinin. Kimsə orada məndən necə arıqladığımı soruşa bilər. Mən də ona cavab verə bilərəm ki, bu cür arıqlamışam. Amma mən heç kimi məcbur edə bilmərəm ki, get, filan vasitədən al, istifadə et. Mən yalnız arıqlamaq metodlarımı deyə bilərəm.”

mənbə :
anspress

Azerbaycanlı prodüser fırıldaqçılıqda ittiham olunur – FOTO