17:49 xeber – Əməkdar artist Nahidə Orucova xəstəxanaya yerləşdirilib.
ANS PRESS-ə bu barədə əməkdar artist özü açıqlama verib. “Məndə varikoz damar genişlənməsidir”,- deyə aktrisa bildirib.
Hal-hazırda aktrisanı əməliyyat qabağı hazırlayırlar. Onun sözlərinə görə, bu gün böyrəkləri təmizlənəcək və 1-ci gün əməliyyat olunacaq. Aktrisa bildirib ki, hazırda özünü yaxşı hiss dir.
Nahidə Orucova – əməkdar artist
Nahibə Orucova 1 avqust 2012-ci il tarixdən Azərbaycanın əməkdar artistisdir. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Aktrisa 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. Orada işlədiyi müddətdə 50-ə yaxın tamaşada iştirak edib.
1993-cü ildə Ş.Qurbanov adına Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə təyin olunub. Səhnə ustasıdır.
mənbə :
anspress