İçeriğe geçmek için "Enter"a basın

Qəzaya uğrayan təyyarədə başqa ölkələrin də vətəndaşları olub

31-10-2015


31.10.2015 / 16:59 xeber –

 Misirdə göyərtəsində 224 nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan olmayıb.

APA-nın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi Misirin hökumət rəsmilərinə istinadən xəbər verir.

 

Almaniyanın "Deutsche Welle" nəşri isə yazır ki, artıq xilasedicilər 17-si uşaq olmaqla 100-də atrıq cəsədi aşkarlayıb.

 

"Xilasedicilər sağ qalanların olduğunu istisna etmir", – deyə nəşr yazır.

 

Rusiyanın "Slon" portalı yazır ki, təyyarənin göyərtəsində 3 Ukrayna vətəndaşı olub.

 

Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirlir ki, təyyarənin göyərtəsində bu ölkənin 1 vətəndaşı olub.

 

Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb.

 

mənbə :
lent.az

Qezaya uğrayan teyyarede başqa ölkelerin de vetendaşları olub