İçeriğe geçmek için "Enter"a basın

Gömrük Komitəsinin Kinoloji Mərkəzi regional status aldı - SƏRƏNCAM

31-10-2015


31.10.2015 / 15:06 xeber –

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi(DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında DGK-nın Kinoloji Mərkəzindən təşkilatın Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, dövlət başçısı DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında komitənin Kinoloji Mərkəzindən ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

 

DGK bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÜGT-yə bildiriş göndərəcək.

mənbə :
lent.az

Gömrük Komitesinin Kinoloji Merkezi regional status aldı – SƏRƏNCAM