31.10.2015 / 15:06 xeber –
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi(DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında DGK-nın Kinoloji Mərkəzindən təşkilatın Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısı DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında komitənin Kinoloji Mərkəzindən ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
DGK bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÜGT-yə bildiriş göndərəcək.
mənbə :
lent.az