İçeriğe geçmek için "Enter"a basın

“Reuters”dən ŞOK XƏBƏR: Dağıntılar altından insan səsi gəlir

31-10-2015


31.10.2015 / 14:46 xeber –

Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə işləyən Misir axtarış-xilasetmə briqadasının üzvləri dağıntılar altından insan səsi eşitdiklərini deyiblər.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, hazırda xilasedicilər təyyarənin sərnişinlər olan bölməsinə daxil olmağa çalışırlar. Oradan kiminsə sağ çıxacağına ümid var.

 

Yerli təhlükəsizlik xidməti əməkdaşlarının yaydığı məlumata görə, qəza zamanı təyyarə iki yerə parçalanıb. Artıq dağıntılar arasından 5 uşağın meyiti çıxarılıb.

 

Xatırladaq ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.

mənbə :
lent.az

“Reuters”den XƏBƏR: Dağıntılar altından insan sesi gelir