[r32]
31 Mart, 2020 18:07 xeber – Array
Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.
“Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Şəhriyar Məmmədyarov isə 10-cu sıradakı mövqeyini itirib. 2764 xalı olan Məmmədyarov 1 pillə geriləyərək, 11-ci yerdə qərarlaşıb.
mənbə :
Report.az