13:52 xeber – Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rustavi-2” telekanalı ilə bağlı telefon danışığının ortaya çıxması Ukrayna və Gürcüstan hakimiyyətini üz-üzə qoyub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gürcüstan Ukraynaya etiraz notası göndərib. Nota xarici işlər nazirinin müavini David Calaqaniyanın adından Ukraynanın ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova təqdim edilib.
Notada Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarına etiraz bildirilib.
“Bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir. Belə açıqlamalar Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğun ruhuna uyğun gəlmir.
Gürcüstan XİN-in rəsmi Kiyevin Mixeil Saakaşvilinin hərəkətlərinə reaksiya verəcəyinə ümid etdikləri barədə açıqlama verib.
Mixeil Saakaşvili – Gürcüstanın sabiq prezidenti
Qalmaqala səbəb isə oktyabrın 29-da internetdə Mixeil Saakaşvilinin “Rustavi-2” telekanalı barədə səs yazısının yayılmasıdır. Audioyazıda Saakaşvilinin telekanalın baş direktoru Nika Qvaramiyaya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriyaya məsləhətlər verir.
Saakaşvilinin “Rustavi 2”-nin müdafiəsi barədə şirkət rəhbərliyinə məsləhət verməsi Gürcüstan hökümətinin xoşuna gəlməyib. Hökumət bunu sabiq prezidentin ölkənin daxili işlərininə qarışması kimi qiymətləndirir.
Ümumilikdə isə sabiq prezidentlə Gürcüstan höküməti arasında daima gərginlik yaşanır. Mixeil Saakaşvili hətta dövlət çevrilişinə cəhddə ittiham olunub. Gürcüstan hökuməti sabiq dövlət başçısına qarşı cinayət işi başladıb.
Məlumata görə, Gürcüstan ədliyyə naziri Tea Tsulukiani, eks-prezidentin vətəndaşlıqdan çıxarılması üçün hüquqi addımlar atıldığını bildirib.
Ədliyyə Nazirliyində mövzuyla bağlı mətbuat konfransı təşkil edən Tsulukiani, 23 oktyabırda Ukrayna hökumətindən Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu təsdiq edən rəsmi sənəd aldıqlarını bildirib. Tsulukiani Gürcüstan Konstitusiyanın ikili vətəndaşlığı qadağan etdiyini, bu baxımdan Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi prosedura başladıqlarını bildirib.
Tea Tsulukiani – Gürcüstan ədliyyə naziri
Saakaşvili məsələyə münasibət bildirərkən vətəndaşlıqdan çıxarılması ilə bağlı sifarişin Rusiyadan gəldiyini bildirib: “Bunu məqsədli şəkildə edirlər ki, Gürcüstanda növbəti prezident seçkilərində iştirak edə bilməyim. Sifarişin icraçısı isə “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanaşvilidir. Rusiyanın sifarişini yerinə yetirib mənim prezidentliyə gedən yolumu bağlayır”.
Saakaşvili 2004-cü ilin yanvarından 2013-cü ilin noyabrınadək Gürcüstanda prezident vəzifəsini tutub. Prezidentlik müddəti bitdikdən sona ABŞ -a gedib.
Bu ilin mayında isə Ukraynanın Odessa vilayətinə qubernator təyin olunub. Vəzifəyə təyin olunduqdan sonra qubernator kimi qalmaqalı qərarları ilə gündəmə gəlib.
Saakaşvili özü Kiyev oliqarxlarına qarşı kəskin münasibəti ilə fərqlənir. Oliqarxlar tərəfindən Odessa vilayətinin dəniz sahillərində hasara alınan bütün hasarları öz nəzarəti altında sökdürüb. Əhali arasında işgüzarlığı ilə ad qazanan qubernator barədə prezidentə onun baş nazir olması barədə müraciət göndərilsədə Ukrayna prezidenti müraciətə müsbət cavab verməyib.
Həmçinin oxuyunL: Saakaşvili dövlət çevrilişinə cəhddə ittiham olunur
Saakaşvili gömrük və milis işçilərini qovur
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
mənbə :
anspress