İçeriğe geçmek için "Enter"a basın

“Reuters”: Təyyarə parçalanıb, sağ qalan yoxdur - YENİLƏNİB

31-10-2015


31.10.2015 / 13:20 xeber –

bütün xarici səfərlər təxirə salınıb

Misirdə qəzaya uğramış Rusiya təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşı olub. APA-nın RIA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Misirdəki səfirliyindəki mənbə bildirib.

 

Misir tərəfinin verdiyi məlumata görə, hadisə ölkədəki hakimiyyətə qarşı çıxan silahlı qruplaşmanın gizləndiyi En-Naxal dağ massivində baş verib. Lakin Misir rəsmiləri təyyarənin Sinay yarımadasındakı silahlı qruplaşma üzvləri tərəfindən vurulması ehtimalını istisna edirlər. Bildirilir ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.

 

“Reuters” yazır ki, Sinay yarımadasında qəzaya uğramış təyyarə tamamilə parçalanıb. Agentliyin hadisə yerindəki təhlükəsizlik qüvvələrinə istinadən verdiyi məlumata görə, böyük ehtimalla təyyarədəkilərin hamısı ölüb.

 

Misirin baş naziri Şərif İsmayıl Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
 
 

Ş. İsmayılın bəyanatında bildirilir ki, artıq Misir tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb.
 
 

Hökumət rəhbəri hadisə ilə əlaqədar bütün xarici səfərlərini təxirə salıb.

 

 

 

***

Rusiyaya məxsus sərnişin təyyarəsi Sina yarımadasında qəzaya uğrayıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Misirdən Rusiya istiqamətində uçuş həyata keçirən təyyarə ilə əlaqəsi kəsilib. İlkin məlumatlara görə, təyyarədə 217 sərnişinin, 7 heyət üzvü olduğu bildirilir.

İlkin məlumata görə, təyyarə Misirdən Peterburqa uçurmuş. Təyyarə Kipr adası üzərindən uçarkən radarlardan itib

mənbə :
lent.az

“Reuters”: Teyyare parçalanıb, sağ qalan yoxdur – YENİLƏNİB