31.10.2015 / 13:16 xeber –
Daxili İşlər Nazirliyi Qazaxda baş verən qətllə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, oktyabrın 31-də Qazax rayonunun Aşağı Salahlı kəndində kənd sakini Ərəstun Hacıyev münaqişə zəminində həmkəndlisi İlyas Veysəlova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. İ.Veysəlov hadisə yerində öüb.
Qazax RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
mənbə :
lent.az