İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə ölənlərin sayı 14 nəfəri keçib

31-10-2015

01:43 xeber – İstanbulda günlərdir saxta içki kabusu yaşanır. Qeyri-qanuni yollarla istehsal edilən saxta içkini içənlər tək tək xəstəxanaya üz tutdu. Əvvəl 6 olan qurban sayı bir anda 14-nəfəri keçib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, saxta içki əməliyyatları nəticəsində külli miqdarda saxta içkilər ələ keçirilib. Səlahiyyətli şəxslər vətəndaşları xəbərdar edərək “ucuz” içkidən uzaq dayanmalarını tələb edib. Polis ölümlərə səbəb olan Metil Spirtin satıldığı yeri təsbit etmək üçün genişmiqyaslı araşdırmalar aparır.


Saxta Spirt istehsalı

Dövlət rəsmiləri tərəfindən hadisə ilə əlaqədar aparılan istintaqda nəzarətə götürülən 19 nəfərin ifadələrinin alınmasına bu gün başlanılıb. Verdikləri ifadələrdə hazırladıqları saxta içkilərin ölümcül olduğunu bilmədiklərini qeyd ediblər. Şübhəlilərin uzun müddətdir bu işlə məşğul olduqları məlum olub.


Qustar üsulla spirt hazırlanması

İstintaq nəticəsində şübhəlilər arasında olan 4 istehsalçının ikisinin metil spirt istifadə edərək içki hazırladığı təsdiq edilib. Bu istehsalçılardan satışa çıxarılan içkilərin insanları zəhərlədiyi ölümlərə və yaralanmalara səbəb olduğu məlum olub. Bu dəqiqəyə qədər aparılan istintaqda satışa 5 min şüşə zəhərli içkinin paylandığı məlum olub. İstintaq çərçivəsində şübhəlilərin saxta içkini dolduracaqları şüşələri Polşa bazarından təmin edildiyi bildirilir.


Saxta Spirt

mənbə :
anspress

Türkiyede ölenlerin sayı 14 neferi keçib