İçeriğe geçmek için "Enter"a basın

Argentinada terror təhlükəsi

31-10-2015


31.10.2015 / 01:03 xeber –

Argentina güc strukturları ölkənin iki böyük ticarət mərkəzində terror aktı törədiləcəyi barədə məlumatla əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hökumətin təhlükəsizlik üzrə katibi Serxio Berni bəyan edib.

 

Bundan əvvəl yerli KİV-lər “Ənsər-əd-Din” ekstremist qruplaşmasının Argentinada terror aktı törətməyi planlaşdırdığı barədə məlumat yayıb. Bu barədə ölkənin xaricdəki diplomatik nümayəndələrindən biri güc strukturlarını xəbərdar edib. Hökumət rəsmisi məlumatı şərh etməkdən imtina edib. 

mənbə :
lent.az

Argentinada terror tehlükesi