İçeriğe geçmek için "Enter"a basın

Boşanan azərbaycanlı modelə hücum olundu - FOTO

31-10-2015

01:17 xeber – Azərbaycanlı model Günay Musayeva da iCloud qurbanı olub

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyədə kafelərin birində dostları ilə oturan aktyorun Tolga Kareldən boşandıqdan sonra Türkiyədə çox görünməyən Günay Musayevanın başı telefona qarşıb. Məkandan çıxarkən jurnalistlərlə ayaqüstü söhbət edən model, telefonla məşğul olmasının səbəbini belə açıqlayıb:

“Telefonda olan hər şey silinib. Sabah lazımi yerlərə gedib silinənləri geri qaytarmağın yolunu axtaracam”

Telefonunda xüsusi video və ya foto olmadığını bildirən Musayeva, “Yalnız oğlum Cahangirin uşaqlıq şəkilləri var. Heç birini kompüterə yükləmədiyim üçün silinməsinə çox təəssüf edirəm” deyə əlavə edib.


Günay Musayeva kafedə

Əvvəl Kate Bosvort və Keyt Upton kimi məşhurlar da hakerlərin hücumuna məruz qalıblar. Tanınmış idmançıların, siyasət adamların telefonundaki şəkilləri bir neçə dəfə hakerlər oğurlayıb sosial şəbəkədə yayıblar.


Keyt Upton

Günay Musayeva 2011-ci ildə aktyor Tolqa Karel ilə ailə həyatı qurub. Model ərini ona xəyanət etməkdə ittiham edərək bu ilin yanvar ayında ondan ayrılıb. Tolqa Karel isə ona xəyanət etmədiyini deyib.

mənbə :
anspress

Boşanan azerbaycanlı modele hücum olundu – FOTO