31.10.2015 / 00:39 xeber –
ABŞ hərbi hava qüvvələrinin hava hücumu zamanı Suriyada alman İŞİD tərəfində döyüşən Denis Kaspert qətlə yetirilib, Associated Press məlumat yayıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin nümayəndəsinin sözlərinə görə, alman reper oktyabrın 16-da Rakka şəhərinə hava hücumu nəticəsində ölüb.
Kaspertin “İslam Dövləti”nin (İŞİD) sıralarına 2012-ci ildə qoşulduğu bildirilib. O, dəfələrlə “İslam dövləti”nin videoyazılarında görünüb.
Bu il ABŞ dövlət departamenti Kasperti beynəlxalq terrorçu elan edib. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Ceyms Brendlinin sözlərinə görə, Kaspert İŞİD-in beynəlxalq terrorçusu və sıralarına adamlar cəlb edən şəxslərdəndir.
“Öldüyü elan edilən insanın əvvəllər də bir neçə dəfə öldüyü barədə məlumat yayılıb, ona görə də bu informasiyanı nə təsdiq, nə də təkzib etmək olar”, Almaniyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.
Kaspert Deso Dog səhnə təxəllüsü ilə çıxış edirdi və terrorçulara qoşulduqdan sonra karyerasına son qoyub.
mənbə :
lent.az