İçeriğe geçmek için "Enter"a basın

Obama xüsusi təyinatlı qüvvələri Suriyaya göndərir

31-10-2015

00:30 xeber – ABŞ İŞİD teror qruplaşması ilə mübarizə üçün Suriya və İraqda quru əməliyyatlarına başlaya bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu məqsədlə Suriya və İraqa xüsusi təyinatlı qoşunlar göndərilə bilər.

Bu barədə dövlət başçısı adminstrasiyasından yüksək vəzifəli mənbəyə istinadən Associated Press agentliyi xəbər verib.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Barak Obama Suriyaya koalisiya qüvvələrinin hərəkətlərinin koordinasiyası üçün 50 nəfərə yaxın xüsusi təyinatlı dəstə göndərilməsi barədə əmr verib.

Agentlik, həmçinin Hərbi Hava Qüvvələrlərinin Türkiyədə yerləşən İncirlik hərbi bazasına əlavə olaraq F-15 qırıcıları və A-10 hücum təyyarələri göndərmək planları haqqında xəbər verib.


ABŞ xüsusi təyinatlı dəstəsi

Qoşunların yerləşdirilməsindən başqa Obama adminstrasiyası İordaniya və Livana hərbi köməyin həcmlərini artırmağa, həmçinin İraq baş naziri Heydər Əl-Abadi ilə danışıqları aktivləşdirməyə qərar verib. ABŞ-ın başçılığı ilə 65 ölkədən ibarət koalisiya 2014-cü il avqust ayından İraqın ərazisini bombalayır. Bombalamaya başlamanın səbəbi İraq kürdlərinin təhlükəli vəziyyətdə olması olub.


İncirlik hərbi bazası

Aviazərbələrin başlanğıcından bir il sonra Pentaqon onların effektivliyi haqqında hesabat verib. İdarə nümayəndələrinin sözlərinə görə, 12 ay ərzində hərbçilər 6,2 min zərbə vurub, 10 mindən çoz döyüşçü məhv edilib, 119 tank və 340 “Xamvi” özüyeriyən zirehlisi şıradan çıxarılıb. Terrorçuların 510 təlim düşərgəsi və 3,2 min binası bombardman olunub. Son zamanlar ancaq koalisiyanın Hərbi Hava Qüvvələrləri daha az zərbələr vurur. Bununla belə oktyabrın 27-də Pentaqon başçısı Eşton Karter havadan İŞİD teror qruplaşmasına qarşı hücumları gücləndirməyə söz verib.

Amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ rəsmi Bağdada təzyiq edir ki, Rusiyadan hərbi yardım almasın. Pentaqonda etiraf edirlər ki, Səddam rejiminin devrilməsindən sonra praktiki olaraq sıfırdan yaradılan müasir İraq ordusunun durumu arzu edilən səviyyədə deyil. Digər tərəfdən, ABŞ getdikcə daha çox İranın təsiri altına düşən İraqın şiə hökumətinə də bel bağlamır. Suriya və İraqda İŞİD-lə savaşdakı uğursuzluqlar seriyasından sonra Ağ Ev artıq kürdlərə “stavka” edir, Şimali İraqdakı kürd peşmərgələrinə silah verir. Hazırda peşmərgə İraq ordusundan daha döyüşkən görünür.

Əvvəllər ABŞ prezidenti Barak Obama Suriyada quru əməliyyatları ideyasını rədd edirdi. Rusiya prezidenti Vladimir Putin də sentyabrın 30-da Rusiya aviasiyası Suriyada bombardmanlara başladıqdan sonra bildirmişdi ki, rusiyalı hərbçilər bu ölkədə quru əməliyyatları keçirməyəcəklər.


Suriya xəritədə

mənbə :
anspress

Obama xüsusi teyinatlı qüvveleri Suriyaya gönderir