22:53 xeber – Rusiyanin Krasnadar vilayətinin Ust-Labinsk şəhərində azərbaycanlıların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 39 yaşlı sürücüsü Həsən Əbdül idarə etdiyi “Qazel”i yük qatarına çırpıb.
Qəzanın azərbaycanlı sürücü avtomobillə qorunmayan dəmir yolu keçidinə qırmızı işıqda daxil olduğundan baş verdiyi bildirilir. İki nəfərin olduğu “Qazel” Qafqaz – Krasnodar reysini həyata keçirən yük qatarı bir müddət sürüdükdən sonra aşırıb. Avtomobilin sürücüsünü ağır travmalarla Ust-Labinsk mərkəzi xəstəxanasına çatdırıblar.
Hadisə baş verən an
Onun sərnişini 35 yaşlı Tahir.B-ni xilas etmək mümkün olmayıb. Tahir hadisə zamanı ölüb. Faktla bağlı regionun hüquq-mühafizə orqanlarında cinayət işinə başlanıb.
Elektrik qatarı hadisədən bir saat sonra hərəkətini davam etdirib.
Krasnadar vilayətinin Ust-Labinsk şəhəri
mənbə :
anspress