İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda koronavirusla mübarizəyə 4,7 milyon ABŞ dolları toplandı

27-03-2020

[r32]

27 Mart, 2020  22:17 xeber – Array

Gürcüstanda koronavirusla mübarizə fonduna toplanan vəsaitin həcmi 15 milyon 500 min lariyə (4,7 milyon ABŞ dolları) çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Biznes Ombudsmanının Aparatından bildirilib.

“StopCoV” fonduna böyük məbləğdə ianələr özəl sektordan daxil olub.

Qeyd edək ki, martın 24-də yaradılan xüsusi fonddakı pullar Gürcüstanda əhalinin sosial cəhətdən həssas qrupları və tibbi ehtiyacların ödənilməsi istiqamətində xərclənəcək.



mənbə :
Report.az

Gurcustanda koronavirusla mubarizeye 4,7 milyon ABS dollari toplandi