İçeriğe geçmek için "Enter"a basın

Tramp ABŞ-ın 20 milyon dollara axtardığı agentinin aqibətini açıqladı - FOTO

26-03-2020

[r32]

26 Mart, 2020  03:40 xeber – Array

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) 2007-ci ildə İranda itkin düşmüş keçmiş əməkdaşı Robert Levinson ölmüş hesab edilir. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçidiyi brifinqdə bildirib.

Dövlət başçısından Levinson ailəsindən daxil olmuş, ABŞ hakimiyyətinin Amerikanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşının İranda həbsdə ölməsi barədə informasiyanı təsdiq etməyi xahiş ediblər. “Mənim bildiyimə görə, bu barədə onun ailəsinə xəbər verdilər”, – Tramp deyib. “Onlar (İran hakimiyyəti – red) bizə demirdilər ki, o ölüb, amma çoxları düşünür, vəziyyət belədir”, – prezident vurğulayıb.

“O, uzun müddət xəstə idi, güc strukturları tərəfindən saxlanılmasından əvvəl (səhhətində-red) ciddi problemləri var idi”, – Tramp əlavə edib.



mənbə :
Report.az

Tramp ABS-in 20 milyon dollara axtardigi agentinin aqibetini aciqladi – FOTO