İçeriğe geçmek için "Enter"a basın

Dünyada koronavirusdan ölənlərin sayı 18 min nəfəri ötdü

26-03-2020

[r32]

26 Mart, 2020  01:18 xeber – Array

Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. 

Son məlumatlara görə, dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir. Yoluxma hallarının əksəriyyəti (220 min) Avropanın payına düşür.

Həmçinin dünyada virusdan 18 440 ölüm hadisəsinin baş verdiyi bildirilir. Bu göstəricilərin demək olar 12 mini Avropada qeydə alınıb.

COVID-19 infeksiyasına ən az yoluxma Afrikada qeydə alınıb – 1 664 hal. Bu qitədə 29 nəfər koronavirusun qurbanı olub. 



mənbə :
Report.az

Dunyada koronavirusdan olenlerin sayi 18 min neferi otdu